Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb

Türkiyənin Adana vilayətinin Kozan rayonunda meşə yanğınına müdaxilə edən helikopter su götürərkən qəzaya uğrayıb...

“Report” xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.

Bildirilib ki, ərazidəki meşə yanğınına müdaxilə etmək üçün iki helikopter havaya qalxıb.

“Onlardan biri su götürərkən qəzaya uğrayıb. Helikopterdə olan beş nəfərin hamısının səhhəti yaxşıdır”, - vali vurğulayıb.

Poliqon.info