DSX: Bu ay 300 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb

“İyul ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 336 kiloqram 31 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6486 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb”...

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, eləcə də qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 388 min 199 manat оlan qaçaqmal, о cümlədən gecəgörmə cihazı, ov tüfəngi, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Poliqon.info