Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə vida mərasimi keçirilir

Qətərin paytaxtı Dohada iki gün əvvəl Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin dəfn mərasimi keçirilir...

Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İsmayıl Haniyə ilə vida mərasimi Doha şəhərində yerləşən Məhəmməd ibn Əbdül-Vəhhab məscidində keçirilir.

Mərasimdə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmi şəxslər də iştirak edirlər.

Məlumat üçün əlavə edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Poliqon.info