Rusiyada binanın uçması nəticəsində ölənlərin sayı artıb

Xilasedicilər Nijni Tagildə qismən dağılmış yaşayış binasının dağıntıları altından dördüncü adamın cəsədini çıxarıblar...

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, avqustun 1-də səhər saatlarında Nijni Tagildə binada partlayış baş verib, bundan sonra iki giriş uçub. Fövqəladə Hallar Nazirliyi hadisənin ilkin səbəbi kimi qaz partlayışını göstərib.

İdarənin məlumatına görə, altısı uşaq olmaqla 12 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko daha sonra jurnalistlərə bildirib ki, beşi uşaq olmaqla on nəfər xəstəxanaya yerləşdirilib, ikisi uşaq olmaqla beş zərərçəkən isə ambulator müalicə alıb.

Poliqon.info