Bayden Netanyahunu İsraili İrandan müdafiə etməyə hazır olduğuna inandırıb

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İrandan gələn təhdidlərə qarşı müdafiədə yardım vəd edib...

Oxu.Az Interfaks-a (Rusiya) istinadən xəbər verir ki, bu barədə Ağ evin Mətbuat Xidməti məlumat yayıb.

ABŞ administrasiyasının bəyanatında deyilir:

"Prezident bir daha İsraili İrandan gələn bütün təhdidlərdən, o cümlədən Tehranın HƏMAS, "Hizbullah" və husilər kimi müttəfiq qruplarından müdafiə etməyə kömək edəcəyinə söz verib.

ABŞ prezidenti digər məsələlərlə yanaşı, Netanyahu ilə İsrailin ballistik raketlərdən və pilotsuz təyyarələrdən qorunması məsələsini müzakirə edib. Xüsusilə Bayden əlavə ABŞ qüvvələrinin İsrailə yaxınlaşmasını xatırladıb.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, ABŞ prezidenti Yaxın Şərq regionunda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Poliqon.info