Azərbaycanım axtarışa verdiyi separatçıya Ermənistanda vəzifə verilib

Qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun sonuncu komandanı Kamo Vardanyana Ermənistanda vəzifə verilib...

Poliqon xəbər verir ki, seperatçı Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri təyin edilib. Bu barədə cümə günü Joxovurd qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, bu məlumatı Vardanyanın özü də təsdiqləyib. Joxovurd xatırladır ki, Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra Qarabağ separatçılarına "komandan"ı təyin edilib. O, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi əməliyyat zamanı da seperatçılara rəhbərlik edib. Daha sonra Vardanyan və "Dağlıq Qarabağın lideri" Samvel Şahramanyan Ermənistana gəliblər.

Qeyd edək ki, Kamo Vardanyan 18 mart 1966-cı ildə Xocavəndin Günəşli kəndində (Ermənilər adını dəyişib Noraşen qoymuşdu) anadan olub. O, 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını, 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Kamo Vardanyan 1992-ci il fevralın 1-dən qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu"nda xidmət edib. 1992-2012-ci illərdə müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini - qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 11 sentyabr 2021-ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri" təyin olunub. O, Qarabağda azərbaycanlılara qarşı vəhşiliklərdə iştirak edib, əli soydaşlarımızın qanına batıb.

Kamo Vardanyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

Poliqon.info