Bayden Haniyənin öldürülməsini şərh edib

ABŞ prezidenti: Haniyənin öldürülməsi Qəzzada atəşkəs əldə etmək səylərinə kömək etmədi...

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi Qəzza zolağında atəşkəsin əldə olunmasına kömək etməyib.

Poliqon xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında Rusiya ilə ABŞ arasında əsir mübadiləsi nəticəsində azad edilən amerikalıların görüşündən sonra jurnalistlərə deyib.

Jurnalistlər Baydendən Haniyənin öldürülməsinin atəşkəs danışıqlarına necə təsir etdiyi soruşulub.

"Haniyənin ölümü atəşkəs səylərinə kömək etmədi”, deyə Amerika lideri cavabında bildirib.

Bayden həmçinin qeyd edib ki, avqustun 1-də İsrailin baş naziri Benyamin Netanyahu ilə bu barədə birbaşa və qəti danışıb.

Poliqon.info