Venesuela müxalifəti etiraz aksiyalarını genişləndirməyə çağırıb

Venesuela müxalifətinin lideri Maçado Blinkenin müxalifət namizədinin qələbəsini tanımasından sonra xalqı kütləvi etiraz aksiyalarına çağırıb...

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ dövlət katibi Antoni Blinkenin Vaşinqtonun müxalifət lideri Edmundo Qonzales Urrutiyanın qələbəsini tanıdığını elan etməsindən sonra ölkədə etirazların davam etdirilməsinə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

“Biz hamımız ailələrimiz, uşaqlarımız, nəvələrimiz, nənələrimiz və babalarımızla Venesuelanın bütün şəhərlərində toplanacağıq”, deyə siyasətçi çağırışında bildirib.

Qeyd edək ki, Venesuelada prezident seçkilərində Nikolas Maduronun qələbəsi elan olunduqdan sonra kütləvi etirazlar geniş vüsət alır. Toqquşmalar müxalifətin səsvermənin nəticələrindən narazılığı səbəbindən başlayıb Sorğular müxalifət lideri Qonzales Urrutiyanın qələbəsini göstərsə də, nəticədə hazırkı prezident 51 faizdən çox səs toplayıb və yenidən seçildiyi elan olunub.

Poliqon.info