Sumqayıtda mənzildə kişi meyiti tapılıb

Sumqayıt şəhərində 40 yaşlı kişinin meyiti aşkar edilib...

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Ramin Elbrus oğlu Həsənovun meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info