İsrail Hərbi Hava Qüvvələri Qəzzada məktəbə zərbələr endirib

İsrail Qəzzada məktəbə endirdiyi hava zərbəsi nəticəsində bir neçə radikal HƏMAS üzvünü öldürüb...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin Şecaya bölgəsində bir məktəbə hava zərbəsi endirdiyini rəsmən təsdiqləyib.

Poliqon “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, bir qrup HƏMAS silahlısı məktəbdə gizlənib.

İsrail Müdafiə Qüvvələrinə görə, HƏMAS Dalal məktəbini döyüşçüləri və komandirləri üçün sığınacaq kimi istifadə edib. Məhz buradan İsrail yaşayış məntəqələrinə hücumlar planlaşdırılıb.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti hərbçilərin mülki şəxslərə dəyən zərəri azaltmaq üçün “çoxlu addımlar” atdığını bildirib. Hücumdan əvvəl məktəb havadan müşahidə altında olub və hücum üçün yalnız dəqiq silahlardan istifadə edilib.

HƏMAS rəsmiləri daha sonra hücumda ən azı 12 nəfərin öldüyünü bildiriblər.

Poliqon.info