Tramp Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını açmağı tələb edib

ABŞ-ın 45-ci prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin administrasiyasını Rusiya ilə məhbus mübadiləsinə görə tənqid edib...

Poliqon xəbər verir ki, Tramp özünün Truth Social sosial şəbəkəsində yazıbSabiq prezident sövdələşmənin təfərrüatlarını açıqlamağı tələb edib.

“Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını nə vaxt açıqlayacaqlar? Biz və onlar nə qədər insan alırıq? Nağd pul ödəyirik? Onlar bizə nağd pul ödəyirlər? Gəlin bu sualı boş verək, çünki cavabın “yox” olacağına əminəm”, deyə Tramp yazıb.

Keçmiş prezidentin sözlərinə görə, Vaşinqton “xüsusilə məhbus mübadiləsi ilə bağlı heç vaxt yaxşı sövdələşmələr etməyib”.Tramp həmçinin hesab edir ki, amerikalı müzakirəçilər ölkəni rüsvay edir.

Xatırladaq ki, dünən, avqustun 1-də Ankara hava limanında yeddi ölkədən əsirlərin dəyişdirilməsi baş tutub. ABŞ, Almaniya, Norveç, Polşa və Sloveniyadan 10 nəfər Rusiyaya qayıdıb. Rusiya Federasiyası və Belarus 16 məhbusu Qərb ölkələrinə təhvil verib. Onların arasında ABŞ vətəndaşları, keçmiş dəniz piyadası Pol Uilan, The Wall Street Journal-ın jurnalisti Evan Qerşkoviç, “Azadlıq” radiosunun redaktoru Alsu Kurmaşeva, habelə siysətçi Vladimir Kara-Murza və digər Rusiya müxalifətinin nümayəndələri var.

Poliqon.info