NYT: Haniyə İranda raket zərbəsi ilə deyil, bomba ilə öldürülüb...

Fələstinin HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək üçün istifadə edilən bomba təxminən iki ay əvvəl Tehrandakı qonaq evində gizli şəkildə gizlədilib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Haniyyənin otağında olduğu məlum olanda bomba uzaqdan işə salınıb. Qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur və elə Korpus tərəfindən dəqorunur. Qonaq evi Tehranın şimalındakı prestij ərazidə yarləşir və “Neşat” kimi tanınan kompleksin bir hissəsidir.

Fars Agentliyi xəbər verir ki, ilkin araşdırmalar cənab Haniyənin ölümündə İsrailin məsuliyyət daşıdığını göstərir. İran agentliyi, eləcə də bir çox digər KİV HƏMAS siyasi büro rəhbərinin raket hücumu nəticəsində öldürüldüyünü iddia edir.

Poliqon.info