Bayden və Netanyahu İsrailin müfdafiəsini müzakirə ediblər

Co Bayden və Benyamin Netanyahu telefonla ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Bəyanatda qeyd edilir ki, Vaşinqton İsrailin raket və dronlara qarşı müdafiə qabiliyyətini gücləndirmək istəyir. Tərəflər həmçinin ABŞ-ın yeni müdafiə xarakterli hərbi yerləşmələrini də müzakirə ediblər.

“Prezident bir daha İsraili İrandan gələn bütün təhdidlərdən, o cümlədən Tehranın HƏMAS, “Hizbullah” və Husilər kimi müttəfiq qruplarından müdafiə etməyə kömək edəcəyinə söz verdi.

Eyni zamanda, Bayden regionda gərginliyi azaltmaq üçün səylərin vacibliyini bəyan edib. Söhbətə vitse-prezident Kamala Harris qoşulub.

Xatırladaq ki, İran və onun regional müttəfiqləri Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə mümkün cavab ssenarilərini müzakirə edirlər. Reuters Agentliyinin in məlumatına görə, avqustun 1-də Tehranda İran hakimiyyəti və Livan, Yəmən və İraqdan olan silahlı birləşmələrin nümayəndələrinin iştirakı ilə bu məsələ ilə bağlı görüş keçirilib. İsrail bütün qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Poliqon.info