Türkiyə hərbi sənaye kompleksində yenilik: Özüyeriyən haubitsa

Türkiyənin müdafiə şirkəti "Makine ve Kimya Endüstrisi" A.Ş. (MKE A.Ş.) hibrid ötürücü sistem və milli proqram təminatı ilə təchiz edilmiş 155 millimetrlik "Gürhan" özüyeriyən haubitsasının atış sınaqlarını uğurla başa çatdırıb...

Oxu.Az xəbər verir ki, bu barədə "Defence Turk" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Sözügedən haubitsalar "Anzatsan Mühendislik" A.Ş tərəfindən istehsal olunur.

"Gürhan" özüyeriyən haubitsaları dizel güc qrupundan hibridə çevrildikdən sonra konstruksiya yoxlama sınaqlarını tamamlayıb.

Konya-Karapınar poliqonunda iyulun 23-dən 25-dək keçirilən döyüşə yaxın şəraitdə, maksimum atəş məsafəsi ilə sınaqları uğurla başa çatıb.

Qeyd edək ki, hərəkət sisteminin dizeldən hibridə çevrilməsindən sonra əldə edilən üstünlüklər, eləcə də silah sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:

- aşağı yanacaq sərfiyyatı;

- texniki xidmətin aşağı qiyməti;

- uzun iqtisadi yararlılıq;

- uzun texniki xidmət intervalı;

- qısa xidmət müddəti;

- qısa mühərrikdəyişdirmə müddətləri;

- qısa ötürücü dəyişdirmə vaxtı;

- ehtiyat hissələrinə kiçik investisiyalar;

- iqtisadi əməliyyat xərcləri;

- logistik çətinlikləri əhəmiyyətli dərəcədə azaldır;

- tırtıllı nəqliyyat vasitələrinin manevr və hərəkətlilik baxımından çatışmazlıqlarının aradan qaldırılması;

- standartlaşdırma, həyat təhlükəsizliyi, sabitlik və mühafizə funksiyalarına malikdir.

Özüyeriyən haubitsalar az səsli olduğundan və istilik izi buraxmadığından, istilik axtaran raketlərin vurulma ehtimalı dizel avtomobillərə nisbətən daha azdır.

Poliqon.info