Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib...

Poliqon xəbər verir ki, O. Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, "Oleq Bakinski"nin saxlanılması ilə bağlı ilk xəbəri "Azinforum.az" yayıb.

Poliqon.info