Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib- Yenilənib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib...

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.

Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Təmsilçimiz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

O, növbəti raundda Peter Palçik (İsrail) ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Poliqon.info