STM AİH-lə birgə əhali arasında sosioloji sorğuya start verir

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə əməkdaşlıq çərçivəsində əhali arasında sosioloji sorğunun keçirilməsinə start verir...

1 avqust - 12 avqust 2024-cü il tarixlərində keçiriləcək sorğunun məqsədi əhalinin Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsini ölçməkdir.

Ölkədə və dünyada baş verən sosial-iqtisadi proseslərə maraq göstərən hər bir şəxs sorğuda iştiraka dəvətlidir.

Sorğu iştirakçılarının anonimliyinin qorunmasına tam təminat verilir. Respondentlərin cavabları ümumiləşdirilmiş şəkildə yekun nəticələrə daxil ediləcək və onların fərdi məlumatlarının açıqlanmasına yol verilməyəcəkdir.

Qeyd edək ki, sorğunun nəticələri Azərbaycan İnvestisiya Holdinqinin kommunikasiya sahəsində planlaşdırdığı və həyata keçirdiyi tədbirlərin təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.

Sorğuda iştirak etmək üçün link:

KEÇİD LİNKİ

Dəyərli vaxtını ayırıb sorğuda iştirak edən hər bir respondentə əvvəlcədən öz dərin təşəkkürümüzü bildiririk!

Poliqon.info