İsrail İranın Livandakı hərbi məsləhətçisini öldürdü

İsrail Müdafiə Ordusunun (SAXAL) Beyruta hava hücumu nəticəsində İranın Livandakı hərbi məsləhətçisi Milad Beydi həlak olub...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" Telegram kanalı xəbər yayıb.

Qeyd edək ki, SAXAL iyulun 30-da Beyrutda Livanın "Hizbullah" hərəkatının obyektlərinə hücum edib.

İsrail ordusunun məlumatına görə, bu, Məcdəl-Şəmsdə uşaqlar da daxil olmaqla bir çox israilli mülki şəxsin öldürülməsinə görə məsul olan komandirə qarşı zərbə olub. Daha sonra SAXAL Beyrutun bir rayonuna edilən hücum zamanı "Hizbullah" hərəkatının komandirlərindən olan Fuad Şükürün öldürüldüyünü bildirib.

Poliqon.info