Hindistanın cənubunda ölənlərin sayı 277 nəfərə çatıb

Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb...

Poliqon xəbər verir ki, bu barədə The Times of India qəzeti ştatın səhiyyə departamentinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl torpaq sürüşməsi nəticəsində 163 nəfərin öldüyü bildirilirdi. 200-dən çox insan yaralı olaraq xəstəxanalara yerləşdirilib. Son məlumatlara görə Kerala ştatının hakimiyyəti 227 nəfərin hələ də itkin düşdüyünü təsdiqləyib.

Xatırladaq ki, Hindistanın cənubundakı Kerala əyalətinin Vayanad rayonunda iki gün davam edən güclü yağışlardan sonra dörd saat ərzində üç torpaq sürüşməsi baş verib. Hadisə yerində hərbçilər, Hərbi Hava Qüvvələrinin texnikası və axtarış itlərinin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatı davam edir. Sürüşmələr çoxlu evləri uçurub, yolları və körpünü dağıdıb.

Poliqon.info