Yaxın Şərqdəki ABŞ qüvvələri İranın “repressiyası” ilə üzləşə bilər

Yaxın Şərqdəki Amerika qüvvələri, eləcə də İsrail ordusu HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı əməliyyatdan sonra İran tərəfindən “repressiya” riski ilə üzləşə bilər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Wall Street Journal qəzeti məlumat yayıb.

“Birləşmiş Ştatları daha çox narahat edən odur ki, Haniyənin və “Hizbullah”ın yüksək vəzifəli rəsmisi Fuad Şükrün aradan qaldırılması İran və onun proksi qüvvələrin İsrailə və ola bilsin ki, regiondakı Amerika qüvvələrinə qarşı yeni və daha şiddətli repressiyalara əl atsın”, deyə nəşr yazır.

Xatırladaq ki, iyulun 30-u axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum edib, İDF-nin məlumatına görə, “Hizbullah” silahlı qüvvələrinin komandirlərindən birinin yerləşdiyi yer vurulub və nəticədə “Hizbullah”ın lideri Həsən Nəsrullahın hərbi müşaviri Fuad Şükr öldürülüb.

Haniyə iyulun 31-də gücə saatlarında Tehranda İsrailin basqını raket zərbəsi nəticəsində öldürülüb.

Poliqon.info