Mask: Maduronu Quantanamoya eşşəklə göndərəcəm...

İş adamı İlon Mask Venesuela prezidenti Nikolas Maduronu Quantanamo həbsxanasına eşşək üstündə göndərəcəyinə göndərəcəyini vəd edib...

Amerikalı sahibkar və iş adamı İlon Mask Venesuela prezidenti Nikolas Maduronun arxasınca bu ölkəyə gedəcəyini və onu “eşşək üstündə” Kubadakı Quantanamo həbsxanasına göndərəcəyini vəd edib.

Poliqon xəbər verir ki, İlon Mask bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən sənin üçün gəlirəm, Maduro. Mən səni eşşəyə mindirib Quantanamoya aparacağam”, deyə Mask sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Mask daha əvvəl Maduronun çağırışını qəbul etmişdi və qalib gələrsə, onu Marsa pulsuz göndərəcəyinə söz vermişdi.

Poliqon.info