Netanyahuya bomba sığınacaqları olan tədbirlərdə iştirak etməyi tövsiyə edilib

Şin Bet Netanyahuya və digər nazirlərə yalnız sığınacaqları olan tədbirlərdə iştirak etməyi tövsiyə edib...

İsrailin baş naziri Benyamin Netanyahu və onun kabinetinin üzvləri yalnız bomba sığınacaqlarının mövcud olduğu tədbirlərdə iştirak etməlidirlər.

Poliqon xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı Baş Təhlükəsizlik Xidmətinə (Şin Bet) istinadən məlumat verib.

Qeyd edilir ki, “Şin Bet”in direktoru Ronen Barın icazəsi olmadan hökumət üzvləri döyüş xəttinə yaxın açıq ərazilərdən keçə bilməzlər.

İsrail səfirlik və konsulluqlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də tədbirlər görülüb. Belə ki, diplomatlara kütləvi tədbirlərə qatılmamaq tövsiyə olunub.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar bildirib ki, İsrail aviasiyası üçün əlçatmaz hədəf yoxdur.

İyulun 31-də İranın ali dini lideri Əli Xamneyinin İsrailə hücum əmri verdiyi bildirilib.

Poliqon.info