Ukrayna Niderlanddan altı F-16 qırıcısı alıb

Ukrayna Silahlı Qüvvələri tezliklə Danimarkadan F-16 döyüş təyyarələrinin partiyasını alacaq.

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb. Danimarkadan alınacaq qırıcıların dəqiq çatdırılma tarixləri göstərilməsə də, nəşrin məlumatına görə, artıq Ukrayna Silahlı Qüvvələri artıq Niderlanddan altı F-16 qırıcısı alıb.

Xatırladaq ki, dünən, iyulun 31-də Bloomberg Agentliyi ilk F-16 qırıcılarının Ukraynaya gətirildiyini, onların sayı barədə məlumat verilmədiyini bildirib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna hakimiyyəti bunu rəsmən təsdiqləmək niyyətində deyil. ABŞ da məlumatı şərh verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna pilotları artıq ölkə səmalarında F-16-da ilk uçuşlarını həyata keçirib.

Poliqon.info