Maduro prezident seçkilərinin protokollarını dərc etməyə razılıq verib

Venesuelanın “Böyük Vətənpərvər Qütb” hökumətyönlü koalisiyası prezident seçkilərinin nəticələri ilə bağlı bütün protokolları təqdim etməyə hazırdır...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Venesulanın yenidən dövlət başçısı elan edilmiş Nikolas Maduro bildirib. O, Ali Məhkəmədən prezident seçkilərinin nəticələrinin yoxlanılmasını istəyib.

“Bir siyasi lider kimi bəyan edirəm ki, “Böyük Vətənpərvər Qütb” və Venesuela Vahid Sosialist Partiyası bizdə olan protokolların 100%-ni təmin etməyə hazırdır”, - deyə cənab Maduro Ali Məhkəməni tərk edərkən jurnalistlərə bildirib.

Maduro məhkəmənin hər bir namizədin və bütün 38 partiyanın nəticələrini araşdırrarq tələb etməsini gözləyir.

“Mən Venesuelanın ən yüksək məhkəmə hakimiyyəti orqanına müraciət edirəm ki, o, öz səlahiyyətləri çərçivəsində bütün dövlət orqanlarından səsvermə məlumatlarını dərc etsin”, deyə Nikolas Maduro əlavə edib.

Qeyd edək ki, iyulun 29-da Venesuela hakimiyyəti Maduronun prezident seçkilərində qalib gəldiyini elan edib. Bu, onun ardıcıl üçüncü müddətdir. Latın Amerikasının doqquz ölkəsi səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edib. Bundan sonra Karakasda mindən çox adamın saxlanıldığı kütləvi etirazlar başlayıb.

Poliqon.info