Gəncədə minik avtomobili qazılan yolda torpaq təpəsinə çırpılıb

Gəncədə yol nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili hərəkətdə olan zaman qazılan yolda torpaq təpəsinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, lakin avtomobilə ziyan dəyib. Qeyd edək ki, bu, sözügedən ərazidə bir həftə ərzində baş vermiş ikinci anoloji hadisədir.

Qəzaya səbəb isə yolun hərəkət hissəsinin qazılması olub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info