Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçında ikinci hissə başlayıb...

"Report" xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə bitib. İki oyunun nəticəsinə görə "Sumqayıt" klubu bu yarışda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Sumqayıtda baş tutan oyun Macarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, oyun Sekeşfehervardakı "Mol Arena"da keçirilir.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Sumqayıt" - "Fehervar" (Macarıstan) matçı start götürüb.

"Report" xəbər verir ki, görüş Sekeşfehervardakı "Mol Arena"da keçirilir.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Poliqon.info