Paris-2024: Azərbaycan badmintonçusu yarışla vidalaşıb

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb...

Oxu.Az xəbər verir ki, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2, (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.

Poliqon.info