HAMAS-ın müvəqqəti rəhbərinin adı məlum olub

HAMAS müvəqqəti rəhbərlik edəcək şəxsin adı məlum olub...

APA xəbər verir ki, bu barədə İsrail mətbuatına təşkilata yaxın mənbələrdən məlumat sızdırılıb.

Qeyd olunub ki, bu vəzifəni Xalid Maşal icra edəcək.

Xatırladaq ki, HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gecə Tehranda raket zərbəsi nəticəsində qətlə yetirilib. O, yeni seçilən İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak üçün İrana səfər etmişdi.

Poliqon.info