İzmirin iki bölgəsində meşə yanır, əraziyə dörd təyyarə və səkkiz helikopter cəlb olunub

Türkiyənin İzmir vilayətinin iki bölgəsində meşə yanır...

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Urla və Çeşmə rayonlarında qeydə alınıb.

Hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür.

Urladakı yanğının söndürülməsinə bir təyyarə, səkkiz helikopter, 25 suçiləyici, beş su təchizatı texnikası, üç dozer və bir briqada cəlb olunub. Yanğın yaşayış yerlərinə yaxın yerdə baş verdiyindən, yanğınsöndürənlər intensiv fəaliyyət göstərirlər.

Çeşmədəki yanğının söndürülməsi üçün isə üç təyyarə, beş suçiləyici cəlb olunub.

Poliqon.info