Bıçaqlanmada ittiham olunan deputatlığa namizəd barədə cinayət işi açılıb – Yenilənib

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinaytət işi açılıb...

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, iyulun 30-u axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Nazir Cavadovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparırılr.

***

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosunun sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.

Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.

***

Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

"Report" un yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.

Poliqon.info