Ərdoğan HAMAS liderinin qətlini pisləyib
HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm...
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabındaki paylaşımında deyilir.
“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.
O əlavə edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək.
Poliqon.info