Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub

Baş nazir Əli Əsədov Tehranda fəaliyyəti yenidən bərpa olunan Azərbaycanın İrandakı səfirliyini ziyarət edib...

Bu barədə Poliqon-a Nazirlər Kabinetindən bildirilib.

Bildirilib ki, Ə.Əsədov səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və səfirliyin heyəti ilə söhbət edib.

Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

##galery##

Poliqon.info