Avropa üçün xəbərdarlıq: Qitəni yeni isti dalğası bürüyəcək

Avqustun ilk ongünlüyündə Avropanı yeni güclü istilik dalğası bürüyəcək, termometrlər +40 dərəcə və hətta daha yüksək temperatur göstərəcək...

Poliqon xəbər verir ki, bu barədə sinoptik İqor Kibalçiç xəbərdarlıq edib.

Avqustun birinci ongünlüyündə Şimali Afrikadan Mərkəzi və Cənubi Avropaya doğru aşağı hərəkət edən subtropik yüksək silsilənin inkişaf edəcəyi gözlənilir. Sinoptikin sözlərinə görə, tropik Afrika havasının şimal enliklərinə daxil olması ehtimalı yüksəkdir ki, bu da bir çox Avropa ölkələrində yeni isti dalğasına səbəb olacaq.

"Avqustun 5-15-də Avropanın mərkəzi və cənubunda isti havanın pik həddə çatacağı gözlənilir. Bu dövrdə maksimal sutkalıq temperatur bəzi yerlərdə +40 dərəcə və daha yüksək ola bilər", deyə Kibalçiç proqnozlaşdırır.

Onun sözlərinə görə, istilər fonunda təhlükəli konvektiv hadisələrin epizodları da gözlənilir - güclü leysan, dağıdıcı fırtına və iri dolu (bu, əsasən, İtaliya, Almaniya və Mərkəzi Avropanın bəzi ölkələrinə şamil olunacaq).

"Tədricən subtropik silsilələr və onunla əlaqəli qeyri-adi isti hava şərq istiqamətində irəliləyəcək", deyə meteoloq bildirib.

Poliqon.info