Macarıstan Aİ-nin Venesuela seçkiləri ilə bağlı birgə bəyanatını bloklayıb

Avropa İttifaqı ölkələri Macarıstanın veto qoyması səbəbindən Venesuelada keçirilən son prezident seçkilərinin nəticələri ilə bağlı narahatlığını ifadə edən birgə bəyanat yaymaq mümkün olmayıb...

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Aİ ölkələri Venesuelada keçirilən prezident seçkiləri zamanı nöqsanlar və qanun pozuntuları ilə bağlı narahatlıqlarını ifadə etmək niyyətində olublar. Lakin Macarıstan rəhbərliyi belə bir bəyanata qarşı çıxdı və ona veto qoydu.

Nəticədə, yalnız Avropa diplomatiyasının rəhbəri Cosep Borrell öz adından X sosial şəbəkəsində bəyanat yayaraq, seçki məntəqələrində səsvermə protokollarını yenidən saymağa çağırıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra başlayıb. Respublikanın ən yüksək siyasi postu uğrunda 10 nəfər mübarizə aparıb, Nikolas Maduro və sağ partiyaların namizədi Edmundo Qonzales əsas namizədlər hesab edilib.

Poliqon.info