Ostin: ABŞ hücuma məruz qalacağı təqdirdə İsraili müdafiə edəcək

ABŞ HƏMAS Siyasi Bürosunun rəhbərinin aradan götürülməsindən sonra İsraili qoruyacağına söz verib...

Pentaqon rəhbəri Lloyd Ostin, hücum olacağı təqdirdə ABŞ-ın İsraili qoruyacağını bildirib.

Poliqon xəbəbrverir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Ostin vurğulayıb ki, Vaşinqton Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin aradan qaldırılmasından sonra gərginliyi azaltmağa çalışır.

“Bunun genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalından narahatıq”, deyə Pentaqon rəhbəri bildirib.

Ostin qeyd edib ki, münaqişənin eskalasiyasını istisna etmir.

Poliqon.info