Putinin hədəfi Kiyevdir...

Kiyev Rusiyanın kamikadze pilotsuz təyyarələri tərəfindən ilin əvvəlindən bəri ən böyük hücuma məruz qalıb...

İyulun 31-nə keçən gecə Kiyev Rusiyanın “Şahed” pilotsuz təyyarələrinin ilin əvvəlindən bəri ən böyük hücumuna məruz qalıb.

Poliqon xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib

“Düşmən onlarla dronunu Ukraynanın paytaxtına, dinc bir şəhərə göndərdi. Bu, artıq iyul ayında düşmən pilotsuz təyyarələrinin Kiyevə yeddinci hücumu idi. Bu hücum istifadə edilən PUA-ların sayına görə 2024-cü ildə paytaxt üçün ən kütləvi hücum oldu”, deyə Popko teleqram kanalında yazıb.

Popko qeyd edib ki, hava hücumu yeddi saatdan çox davam edib və Rusiya pilotsuz təyyarələri dalğalarla və demək olar ki, bütün mümkün istiqamətlərdən Kiyevə daxil olub.

“Düşmənin 40-dan çox PUA-sı Kiyevin hava məkanında və paytaxta yaxınlaşarkən vurulub”, Popko qeyd edib.

Eyni zamanda, Kiyev hərbi administrasiyasının rəhbərinin sözlərinə görə, heç bir pilotsuz təyyarə hədəfinə çatmayıb, itki və dağıntı yoxdur.

“Məlumatlar ilkindir, məlumatlar dəqiqləşdirilir”, deyə Popko əlavə edib.

Poliqon.info