İran XİN: Haniyənin qanı hədər getməyəcək

"İsmayıl Haniyənin qanı heç vaxt hədər getməyəcək"...

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"Haniyənin Tehranda şəhadəti Tehran, Fələstin və müqavimət arasında dərin və qırılmaz bağı gücləndirəcək", - o bildirib.

Xatırladaq ki, HAMAS-ın siyasi lideri İsmayıl Haniyyə bu gün gecə saatlarında Tehranda İsrailin hücumu nəticəsində öldürülüb.

Qeyd olunur ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına reyd olub. Reyd nəticəsində İsmayıl Həniyyə və onun bir cangüdəni həlak olub.

Poliqon.info