Politoloq: ABŞ-la Rusiya arasında hətta hərbi toqquşma da ola bilər...

Dmitri Peskov deyib ki, ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq...

Kənan Novruzov: “Onsuz da, ABŞ-la Rusiya arasında diplomatik münasibətlər ən aşağı səviyyədədir”.

“Hələ ki, ABŞ Rusiyanı Ukraynanın əli ilə və hibrid müharibə ilə zəiflətmək istəyir”.

Bu sözləri politoloq Kənan Novruzov Rusiya və ABŞ diplomatik münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur. Artıq iki ölkə arasında qarşıdurma coğrafiyası Avropanın, Asiyanın və Afrikanın əsas strateji məntəqələrini əhatə edir.

İki beynəlxalq güc arasında diplomatik münasibətlərin ən aşağı səviyəyə düşməsi hansı fəsadlar yarada bilər?

ABŞ-Rusiya münasibətlərini Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Birbaşa Rusiya-ABŞ toqquşması nüvə müharibəsi deməkdir və bu müharibənin qalibi olmayacaq”.

Rusiya və ABŞ arasında nəzəri baxımdan birbaşa toqquşmanı mümkün hesab edən politoloq qeyd edib ki, həm ABŞ, həm də Rusiya bu müharibədən qaçdığına görə, bu müharibəni istəmədiklərinə görə, hələlik bu ağlabatan görünmür:

“Onsuz da, ABŞ-la Rusiya arasında diplomatik münasibətlər ən aşağı səviyyədədir. ABŞ-la Rusiya arasında bundan sonrahətta hərbi toqquşma ola bilər. Amma iki nəhəng dövlətlərin arasında müharibənin olacağını düşünmürəm.

Hələ ki, ABŞ Rusiyanı Ukraynanın əli ilə və hibrid müharibə ilə zəiflətmək istəyir. Çünki birbaşa Rusiya-ABŞ toqquşması nüvə müharibəsi deməkdir və bu müharibənin qalibi olmayacaq.

Ümumiyyətlə deyə bilərəm ki, Rusiya və ABŞ arasında nəzəri baxımdan birbaşa toqquşma mümkündür. Amma həm ABŞ, həm də Rusiya bu müharibədən qaçdığına görə, bu müharibəni istəmədiklərinə görə hələlik bu ağlabatan görünmür”.

Nərminə UMUDLU Poliqon.info