İranın təzyiqi altında olan Kreml Rusiyada şiəliyi yayır

Rusiya dövlətinin bəzi insanların ictimai icmalarında şiəliyi təbliğ etmək üçün genişmiqyaslı proqrama icazə verilib...

Poliqon xəbər verir ki, bu barədə Amerika Araşdırma İnstitutu RLI təşkilatının məlumatında bildirilib.

Araşdırma İnstitutunun hesabatında qeyd edilir ki, bu addım Rusiyanın İranla strateji birləşmənin tələblərinə uyğundur. Buna görə də Kreml İrantəbliğatını dəstəkləməkdədir.

Qeyd edilir ki, Rusiiyanın Milli Məsələlər üzrə Federal Agentliyi “Şiə dini icmalarının vacibliyi haqqında” adlı sənəd yaradıb.

Həmçinin bildirilir ki, Moskva Tatarıstan və Başqırdıstan müftiliklərinə şiəliyi fəal şəkildə yaymağı tapşırıb. Bu sənədlər şiə təbliğatının radikal islamçı ideologiyalarının müdafiəsinə yönəldilmiş dövlət vəzifəsinə çevrildiyini göstərir. Bu onu deməyə əsas verir ki, şiəlik sələfilik və vəhhabiliyə qarşı bir tarazlıq kimi mövqe tutur.

Milli Məsələlər üzrə Federal Agentlik regional administrasiyalarla birlikdə və FTX ilə müzakirə içində Volqaboyu ərazisində təbliği dəstəkləməyə nəzarət edəcək.

Poliqon.info