IDF: İsrail müharibədən qaçmağa üstünlük verir, lakin Hizbullah gərginliyi artırır...

İsrail regionda böyük müharibədən qaçmağa üstünlük verir, lakin şiə “Hizbullah” hərəkatının Livan və Yaxın Şərqi geniş eskalasiyaya doğru apardığına inanır...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

“Hizbullahın davam edən təcavüzü və qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya sürükləyir. İsrail ordusu istənilən ssenariyə tam hazırdır”, Həcərinin yaydığı bəyanatda bildirilir.

Həcəri xatırladıb ki, Hizbullah silahlı qüvvələri 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən İsrailə qarşı həyata keçirilən hücuma dəstək verib və elə ertəsi gün döyüşlərə qoşulub.

Qeyd edək ki, İranda səfərdə olan Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.

HƏMAS öz bəyanatında bildirib ki, Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına “xain sionist basqını” nəticəsində öldürülüb.

Poliqon.info