BMT İsrailin Beyruta endirdiyi zərbədən hədsiz narahatlığını ifadə edib

BMT Baş katibinin ofisi: Təşkilat İsrailin Beyruta endirdiyi zərbədən son dərəcə narahatdır...

BMT İsrailin Beyrutun kənarında endirdiyi zərbədən hədsiz narahatlığını ifadə edir və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Poliqon xəbər verir ki, bu barədə BMT rəhbərinin ofisinin yaydığı mesajda bildiririlib.

“İsrail Müdafiə Qüvvələrinin iyulun 30-da Beyrutun cənub ətraflarında əhalinin sıx məskunlaşdığı əraziyə endirdiyi zərbələrdən son dərəcə narahat olduğumuzu bildiririk”, deyə bəyanatda qeyd edilir.

Həmçinin BMT tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, İran İsrailin Beyrut kənarındakı hücumunu pisləyib və BMT Təhlükəsizlik Şurasından İsrail hakimiyyətini məsuliyyətə cəlb etməyi tələb edib.

Poliqon.info