Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140-ı ötüb

Hindistanın cənubundakı Kerala əyalətində baş verən çoxsaylı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb, 120-dən çox yaralı var...

Poliqon xəbər verir ki, bu barədə ştatın səhiyyə departamenti bildirib. İyulun 31-i çərşənbə günü Keralada matəm günü elan edilib.

Keralada sürüşmələrə iyulun 30-na keçən gecə ştata yağan musson yağışları səbəb olub. Hindistanın “News18” xəbər verir ki, təbii fəlakətdən ən çox Vayanad rayonu zərər çəkib. Dörd saat ərzində orada üç sürüşmə baş verib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Orada hərbçilər iştirak edir və Hərbi Hava Qüvvələrinin texnikası da iştirak edir. Torpaq sürüşmələri çoxlu evləri uçurub, yolları və körpüləri sıradan çıxarıb.

Kerala Baş Naziri Pinarayi Vijayan çoxlu sayda insanın dağıntılar altında qaldığını bildirib.

Poliqon.info