Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ukrayna müharibəsində Rusiya ordusunun itkilərinin artıq fantastik həddə çatdığı deyilir...

Tural İsmayılov: “Təəssüflər olsun ki, Rusiya-Ukrayna müharibəsində müsbətə doğru hansısa bir dəyişiklik gözlənilmir”.

“Ukraynada da hakimiyyətdə hətta Zelenski olmasa belə, hansısa bir hökümətin işğal faktoruyla barışacağını gözləmək o qədər də ağlabatan deyil”.

Bu sözləri politoloq Tural İsmayılov Ukrayna-Rusiya savaşının indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya-Ukrayna savaşında son iki ay ərzində bir neçə yaşayış məntəqəsi rus ordusunun nəzarəti altına keçib. Ümumilikdə isə, bir çox etibarlı mənbənin məlumatına görə müharibə başlayandan 2024-cü ilin iyun ayına qədər təxminən 65000 kvadrat kilometr ərazi Rusiya tərəfindən işğal olunub. Ancaq Rusiya ordusunun itkilərinin artıq fantastik həddə çatdığı da deyilir.

Addım-addım kiçik yaşayış məntəqələri işğalı uğruna minlərlə hərbiçinin həyatını itirməsu fonunda Rusiyanın müharibə taktikasını necə dəyərləndirmək olar?

Müharibədə Rusiyanın itirdiyi canlı qüvvəni Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Proses Rusiyayla Ukrayna arasındakı müharibənin və müharibədən sonrakı gərgin, psixoloji həddin hələ uzun müddət davam edəcəyini söyləməyimizə əsas verir”.

Passivə doğru iki ölkə arasında böyük barış anlaşmasının əldə edilməsini gözləməyin labüd olmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, müharibədən sonra təzminat məsələsi də daxil olmaqla, Ukrayna bir çox beynəlxalq platformalarda Rusiyaya qarşı mübarizəsini davam etdirəcək:

“Təəssüflər olsun ki, Rusiya-Ukrayna müharibəsində müsbətə doğru hansısa bir dəyişiklik gözlənilmir. Əslində baş verən hadisələrin fonunda görürük ki, iki ölkə arasındakı gərginlikdə psixoloji hədd maksimum səviyyəyə çatıbdır. Rusiyanın xeyli sayda itkiləri var və eyni zamanda bu itkilər təkcə Rusiya tərəfindən deyil, Ukraynanın da həm ərazi, həm də insan kapitalı baxımından itkilərinin sayı kifayət qədərdir.

Həmçinin, Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil. Rusiya Qərblə danışıqlarda Ukraynanın işğal altındakı ərazilərindən əl çəkməyi məsələsini qaldırır. Yəni Rusiya istəyir ki, müharibədə atəşkəs rejimi əldə edilsə, belə Ukrayna Krım da daxil olmaqla ilk növbədə Donbas bölgəsində Rusiyanın legitimliyini tanısın. Amma Ukraynada da hakimiyyətdə hətta Zelenski olmasa belə, hansısa bir hökümətin işğal faktoruyla barışacağını gözləmək o qədər də ağlabatan deyil.

Bütün bunlar Rusiya Ukrayna müharibəsindəki gərginlik səviyyəsini daha da çoxaldacağına bənziyir. Proses Rusiyayla Ukrayna arasındakı müharibənin və müharibədən sonrakı gərgin, psixoloji həddin hələ uzun müddət davam edəcəyini söyləməyimizə əsas verir. İstənilən halda, Rusiya-Ukrayna müharibəsindəki bu psixoloji həddin gərgin qalması bəlkə də bir əsrə qədər davam edəcək bir proses olacaq ki, bu proseslərin sonunda hansısa bir yekun nəticə və yaxud da passivə doğru iki ölkə arasında böyük barış anlaşmasının əldə edilməsini gözləmək labüd deyil. Çünki faktiki elə bir vəziyyət yaranıb ki, müharibədən sonra təzminat məsələsi də daxil olmaqla, Ukrayna bir çox beynəlxalq platformalarda Rusiyaya qarşı mübarizəsini davam etdirəcək”.

Nərminə UMUDLU Poliqon.info