İsrail Beyrutda “Hizbullah”a aid binaları raket atəşinə tutub

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsində bəzi nöqtələri raket atəşinə tutub...

APA xəbər verir ki, Beyrutun cənubunda baş vermiş şiddətli partlayışların “Hizbullah” təşkilatına aid binalarda baş verdiyi bildirilir.

Hava hücumları nəticəsində çoxlu dağıntı və tələfatın olduğu bildirilir.

İsrail ordusundan verilən yazılı açıqlamada isə Colan təpələrində yerləşən Məcdel Şəms bölgəsinin vurulmasından məsul olduğu iddia edilən bir “Hizbullah” komandirinin hədəf alındığı bildirilib.

Poliqon.info