Trampın qardaşı oğlu: Əmim Donald dəlidir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır...

“Report” xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır.

“Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.

Poliqon.info