Lukaşenko edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Krigeri əfv edib

İyulun 30-da Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib...

APA xəbər verir ki, bu barədə BELTA agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

“Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Dövlət başçısı bütün halları nəzərə alaraq, əfv haqqında qərar qəbul edib”, - deyə agentliyin nəşrində deyilir.

Qeyd edək ki, iyulun 20-də “Reuters“ Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak edən Almaniya vətəndaşının Belarusda edam cəzasına məhkum edildiyi ilə bağlı xəbər vermişdi. Məlum olub ki, Belarus məhkəməsi iyunun sonunda 30 yaşlı Krigeri Cinayət Məcəlləsinin altı maddəsi ilə hakim qarşısına çıxarıb. Onun 2023-cü ilin noyabrından həbsdə olduğu bildirilir.

Poliqon.info