Bakıda iki avtobus toqquşdu: Xəsarət alanlar var

Bakıda, metronun "Ulduz" stansiyası yaxınlığında 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15 radələrində Nərimanov rayonu ərazisində iki avtobusun toqquşması səbəbi ilə çağırış daxil olub:

"Qəza zamanı müştərək travmalar alan iki qadını hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb".

Poliqon.info