ÜST dünyada ən çox spirtli içki içən ölkələrin siyahısını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən Avropa Regionunda böyüklər hər il orta hesabla 9.2 litr spirtli içki qəbul edirlər. Bu dünyada ən yüksək göstəricidir...

Oxu.Az xəbər verir ki, bu barədə ÜST paylaşım edib.

Qeyd olunur ki, Şimali və Cənubi Amerikada bu rəqəm 7.5 litr təşkil edir.

"ÜST-nin Avropa Regionu dünyada ən yüksək alkoqol istehlakı və bununla bağlı zərərlər, həmçinin ən aşağı abstinensasiya göstəriciləri ilə bağlı inanılmaz rekorda sahib olmaqda davam edir", - deyə məlumatda bildirilib.

Planetin ən çox içki içən ölkələri Rumıniya (hər sakin üçün ildə 17.0 litr spirtli içki), Gürcüstan (14.3 litr) və Çexiyadır (13.3 litr).

Poliqon.info