ABŞ-də müsəlmanlara qarşı ayrı-seçkilik halları 70% artıb

2024-cü ilin birinci yarısında Qəzza zolağında davam edən qarşıdurma fonunda ABŞ-də müsəlmanlara və fələstinlilərə qarşı diskriminasiya və hücumlar 70% artıb...

Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurası (CAIR) məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin son altı ayı ərzində CAIR müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik, həmçinin nifrət cinayətləri ilə bağlı 4.9 min məlumat qeydə alıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 70% artıb.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, ən çox şikayət təhsil, məşğulluq və sığınacaq sahəsində ayrı-seçkiliklə bağlı olub. Bütün 2023-cü il ərzində CAIR təxminən 8.1 min belə şikayət, o cümlədən ilin son üç ayında - Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri 3.6 min şikayət qəbul edib.

Poliqon.info