Paris-2024: Azərbaycan avarçəkəni medal şansını itirib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib...

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Poliqon.info